Biləsuvar rayon sakini Adil Miriliyə məxsus evdə yanğın baş vermişdir
31.03.2012Aprelin 1-də saat 08.20 radələrində Biləsuvar rayonunun Könə Ağalıkənd kəndi ərazisində, rayon sakini Adil Miriliyə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış Biləsuvar rayon sakini Seyfulla Muradov və iki azyaşlı uşaqları xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.