Oğurluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Nahid Kərimov tutulmuşdur
31.03.2012Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Vüqar Paşayevə məxsus mağazadan 200 dollar və 5270 manat pul oğurlamış rayon sakini Nahid Kərimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar və fevral ayları ərzində rayon sakinləri Yalçın Mustafayevə məxsus mağazadan 30 manat pul və tütün məmulatı, Vüqar Haqverdiyevə məxsus mağazadan isə tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.