Quldurluq etməkdə şübhəli bilinən AZNS qəsəbə sakini Ayaz Səfərov saxlanılmışdır
15.03.2012Martın 15-də Qaradağ rayonu ərazisində Qızıldaş qəsəbə sakini Rövşən Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınına sərnişin qismində oturmuş naməlum şəxs bıçaqla onu hədələyərək pul verməsini tələb etmiş, bundan qorxmuş R.Tağıyev düşərək qaçdığından həmin şəxs avtomaşını sürərək getmişdir. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saatdan sonra hadisəni törətmiş AZNS qəsəbə sakini Ayaz Səfərov qəsəbə ərazisində avtomaşınla birgə saxlanılmışdır.