Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon Çinarlı qəsəbə sakini Hüseyn İsmayılovdan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür

15.03.2012

Martın 15-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisindəki "Çingiz" MMC-nin sürücüsü Türkiyə vətəndaşı Sabahattin Özdəmir RPŞ-yə müraciət edərək, mart ayının 14-də saat 17.00 radələrində Yuxarı Seyfəli kəndi ərazisində naməlum şəxsin onun idarə etdiyi "Volvo" markalı avtomaşının istiqamətində atəş açmasını bildirmişdir.  Avtomaşına baxış zamanı güllənin şassi hissəsinə dəyməsi müəyyən edilmişdir. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş Çinarlı qəsəbə sakini Hüseyn İsmayılov saxlanılmış və ondan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür.

15.03.2012 tarixinə olan kriminal məlumatlar