Qax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
15.03.2012Martın 15-də saat 06.00 radələrində Qax rayonu ərazisində Şamaxı şəhər sakini Ceyhun Həsənov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişinlər Emilya Novruzova və Cavid Əliyev xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış sürücü isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.