Quldurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakini Elşən Heybətov saxlanılmışdır
13.03.2012Martın 13-də Ağstafa rayonunun Xətai kənd sakini İlqar Quliyev RPŞ-yə müraciət edərək, həmin gün saat 20.00 radələrində rayon ərazisində Elşən adlı şəxs və onunla birgə olan 2 nəfər tərəfindən döyülməsini, bıçaqla hədələnməsini və ona məxsus "VAZ-2101" markalı avtomaşınının alınmasını bildirmişdir. Ağtafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, rayon sakini Elşən Heybətov avtomaşınla birgə rayon ərazisində saxlanılmışdır.