Hacıqabul rayonu ərazisindəki "Kalmas" Qaz Kompressor qurğusunda yüksək təzyiqdən partlayış baş vermişdir
13.03.2012Martın 13-də saat 13.30 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki "Kalmas" Qaz Kompressor qurğusunda təmir işləri aparılarkən yüksək təzyiqdən partlayış baş vermişdir. Nəticədə orada təmir işləri aparan Bakı şəhər sakini Tarıverdi Qubadov xəsarət almışdır. T.Qubadova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.