Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.03.2012Martın 13-də saat 20.30 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Bakı şəhər sakini Emil Ağayevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınla, Türkiyə vətəndaşı Tetik Hasanın idarə etdiyi "İveko" markalı avtobus toqquşmuşdur. Nəticədə E.Ağayevin sərnişini Rəfiqə Xəlilova aldığı xəsarətdən hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.