Abşeron rayon sakini D.Dadaşovun qətlə yetirilmiş meyiti tapılmışdır
08.03.2012Martın 9-da Abşeron rayonunun Qobu qəsəbəsindəki evinin həyətində Dadaş Dadaşovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılmışdır. Hadisə yerinə baxış zamanı "Makarov" markalı tapançaya aid 8 ədəd giliz aşkar edilərək götürülmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Abşeron RPŞ tərəfindən aparılır.