Abşeron rayonu ərazisində yeni inşa edilmiş binaların zirzəmisindən elektrik naqillərini kəsərək oğurlamış Bakı şəhər sakini A.Məhərrəmov tutulmuşdur
08.03.2012Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 18-də Abşeron rayonundakı Gənclər şəhərciyindəki yeni inşa edilmiş binaların zirzəmisindən 126 metr uzunluğunda elektrik naqillərini kəsərək oğurlamış Bakı şəhər sakini Aruslan Məhərrəmov tutulmuşdur.