Xırdalan şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnmiş YNH-ni törətmiş sürücünün şəxsiyyəti müəyyən edilmişdir
08.03.2012Martın 8-də saat 12.00 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Masazır qəsəbə sakini Etibar Məmmədov vurulmuşdur. Nəticədə E.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "TX-4 London taxis" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Ramiz Həsənov tərəfindən törədilməsi müəyyən edilmişdir.