Arvadı Turanəyə odlu silahdan açdığı atəşlə xəsarət yetirmiş Ucar rayonunun Lək kənd sakini İntiqam Musayev tutulmuşdur
06.03.2012Martın 6-da Ucar rayonunun Lək kəndi ərazisində kənd sakini İntiqam Musayev ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq arvadı Turanəyə xəsarət yetirmişdir. Turanə aldığı xəsarətdən xəstəxanada ölmüşdür. İ.Musayev Ucar RPŞ əməkdaşları tutulmuş, hadisə zamanı istifadə etdiyi "TOZ-55" markalı ov tüfəngi ondan götürülmüşdür.