Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.03.2012Martın 6-da saat 08.00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Mahir Nəbiyev "Mitsubishi-Pajero" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişinləri Nadir Əliyev, Mayram Ananova və Azər Şirinov hadisə yerində ölmüşlər.