Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
06.03.2012Martın 6-da saat 13.30 radələrində Xətai rayonu ərazisində Ehtiram Sadıqovun idarə etdiyi "BMW" və Taliyə Musayevanın idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuş, sonradan T.Musayeva idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Zeynəb Aslanovanı vurmuşdur. Nəticədə xəsarət almış "Nissan"nın sürücsü və piyada xəstəxanaya yerləşdirilmişlər. Piyada orada ölmüş, sürücünün vəziyyəti isə qənaətbəxşdir.