Gün ərzində 57 cinayət faktı qeydə alınmışdır
16.02.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 42-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
- 8 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 4 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.