Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.02.2012Fevralın 16-da saat 19.30 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Vüqar Həsənov "AzSamand" markalı avtomaşını idarə edərkən onu hasara vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Namiq Abbasov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.