Təmirə dayanmış "Mərdəkan" balıqçı gəmisində yanğına keçən partlayış baş vermişdir
16.02.2012Fevralın 16-da saat 13.30 radələrində "DSP" şirkətinin ərazisində təmirə dayanmış "Mərdəkan" balıqçı gəmisində yanğına keçən partlayış baş vermişdir. Yanğın söndürüldükdən sonra gəminin kapitanı Hacı Xanbutayevin, matorçu Maarif Ağayevin, qaynaqçı Mehman Hacıyevin və mexanik Sahib Beydullayevin meyitləri tapılmışdır.