Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.12.2011Dekabrın 29-da saat 10.10 radələrində Qəbələ rayonu ərazisində, rayon sakinləri İlqar Məsimovun idarə etdiyi "Mercedes" markalı yük avtomaşını ilə İttifaq Müttəhirovun idarə etdiyi "Ford" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə İ.Müttəhirov və sərnişini - oğlu Elnur hadisə yerində ölmüş, xəsarət almış İ.Məsimov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.