Daşkəsən rayonunun Əhmədli kənd sakini Rəxşəndə Sadıqovaya məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir
29.12.2011Dekabrın 29-da saat 20.20 radələrində Daşkəsən rayonunun Əhmədli kənd sakini Rəxşəndə Sadıqovaya məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir. Nəticədə təsərrüfatın yanar konstruksiyaları yanmış, orada saxlanılan 1 baş inək və 29 baş qoyun isə tələf olmuşdur. Araşdırmalar aparılır.