Siyəzən rayonunun Çandahar kəndi ərazisində balıqçı qayığı çevrilmişdir
29.12.2011Dekabrın 29-da Siyəzən rayonunun Çandahar kəndi ərazisində, rayon sakinləri Ağayar Manafov, Rahib Əliyev və Sumqayıt şəhər sakini Aydın Məmmədov Xəzər dənizində balıq tutarkən qayıq çevrilmişdir. A.Manafovun və A.Məmmədovun meyitləri sudan çıxarılmış, R.Əliyevin tapılması istiqamətində tədbirlər görülür.