Xətai rayonu ərazisində paytaxt sakini A.İbrahimovun ölümü ilə nəticələnən YNH-nin Saatlı rayon sakini A.Abdullayev tərəfindən törədilməsi müəyyən edilmişdir
23.12.2011Dekabrın 23-də saat 06.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Aydın İbrahimovu vurulmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər və Xətai RPİ Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2107" markalı avtomaşının sürücüsü Saatlı rayon sakini Asim Abdullayev tərəfindən törədilməsi müəyyən edilmişdir.