Tərtər rayonu ərazisində evlərdən oğurluq etmiş üç şəxsdən biri tutulmuşdur
23.12.2011Tərtər rayon sakinləri Vüsalə Mehdiyevanın evindən 30 manat pulun və 1 ədəd DVD-nin, Fəridə Axundovanın evindən 40 manat pulun, Murad Naibovun evindən isə 1 ədəd qızıl üzüyün rayon sakini Heydər İsmayılov, Goranboy rayon sakini Nail Bəylərov və Bakı şəhər sakini Azər Məmmədov tərəfindən oğurlanması müəyyən edilmişdir. Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılov tutulmuş, N.Bəylərovun və A.Məmmədovun tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.