Xaçmaz rayon sakini T.Mikayılovun evindən oğurluq etmiş Qusar rayon sakini R.Zahirov saxlanılmışdır
23.12.2011Dekabrın 23-də Xaçmaz rayonunun Armudpadar kənd sakini Tərlan Mikayılovun evindən pəncərədən girmək yolu ilə qızıl əşyaları oğurlamış Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Renat Zahirov Baş Mühafizə İdarəsinni əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün Xaçmaz RPŞ-nə təhvil verilmişdir. Araşdırmalar zamanı R.Zahirovun Sumqayıt ŞPİ tərəfindən CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.