Şirvan şəhər sakini Amil Səmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bəhruz Abbasov tutulmuşdur
14.12.2011Cari ilin oktyabr ayının 16-da Şirvan şəhəri ərazisindən, şəhər sakini Amil Səmədov döş nahiyəsindən deşilmiş-kəsilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. A.Səmədov ilkin izahatında xəsarəti evində yıxılması nəticəsində aldığını bildirmişdir. Araşdırmalar zamanı A.Səmədova bıçaqla xəsarətin, şəhər sakini Bəhruz Abbasov tərəfindən yetirilməsi müəyyən edilmişdir. B.Abbasov Şirvan ŞPŞ əməkdaşları tərəfindən tutulmuşdur.