Oğurluq etməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Akif Nəsirov tutulmuşdur
14.12.2011Bakı BPİ-nin Metropolitendə PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da metronun "28 May" stansiyasında, şəhər sakini Mirzəxan Mirzəyevin işlədiyi köşkdən 70 manat pul və 500 ədəd lotoreya bileti oğurlamış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Nəsirov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin noyabr ayının 24-də metronun "N.Nərimanov" stansiyasında, Bakı şəhər sakini Orucəli Əmirov işlədiyi köşkdən 289 manat pul, lotoreya biletləri və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.