Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
14.12.2011Dekabrın 14-də saat 12.10 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, şəhər sakinləri Nizami Süleymanovun idarə etdiyi "Mersedes" və Ramin Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuş, sonradan N.Süleymanov idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Yardımlı rayon sakini Səbail Rüstəmov və Bakı şəhər sakini Hüseyn Musayevi vurmuşdur. Nəticədə H.Musayev hadisə yerində ölmüş, xəsarət almış R.Cəbrayılov, habelə S.Rüstəmov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.