Xətai rayonu ərazisində sərnişin avtobusunun sürücüsünə qarşı quldurluq etmiş şəxs tutulmuşdur
20.10.2011Oktyabrın 21-də saat 22.00 radələrində Xətai rayonu ərazisində naməlum şəxs "Daewoo" markalı 346 saylı xətt avtobusunun sürücüsü Valeh Abdullayevi bıçaqla hədələyərək, ondan 20 manat pul almışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri hadisəni törətmiş şəhər sakini Emin Əmirəliyev tutulmuşdur.