Suraxanı rayonu ərazisindən Bakı şəhər sakini M.Orucova məxsus avtomaşını qaçırmış Qızıldaş qəsəbə sakini S.İsmayılov tutulmuşdur
20.10.2011Oktyabrın 20-də saat 22.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən şəhər sakini Mansur Orucova məxsus "Mercedes" markalı avtomaşın qaçırılmışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qızıldaş qəsəbə sakini Sübhan İsmayılov tutulmuşdur.