Saatlı şəhər sakini E.Nərimanov narkotik vasitə satdığına görə tutulmuşdur
20.10.2011Oktyabrın 19-da İmişli RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Hasil Əsədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Saatlı şəhər sakini Etibar Nərimanovdan alması müəyyən edilmişdir. E.Nərimanov tutulmuş, evinə baxış zamanı oradan 3 kiloqram 106,6 qram marixuana aşkar edilərək götürülmüşdür.