Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
13.10.2011Oktyabrın 14-də saat 20.00 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakinləri Azər Sadıqov "VAZ-2107" markalı avtomaşını idarə edərkən 50-55 yaşlı qadını vurmuş və idarəetməni itirərək Mütəllim Mustafayevin idarə etdiyi "Daewoo" markalı avtobusla toqquşmuşdur. Xəsarət almış A.Sadıqov, sərnişini Taleh Səlimov və həmin qadın xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.