İş yoldaşı Mehmet Erkmeni bıçaqla qətlə yetirmiş Türkiyə vətəndaşı Şevket Acar tutulmuşdur
13.10.2011Oktyabrın 15-də saat 01.20 radələrində Yasamal rayonundakı "SST MMS KAMP" tikinti şirkətinin ərazisində orada fəhlə işləyən Türkiyə vətəndaşı Şevket Acar münaqişə zəminində iş yoldaşı həmyerlisi Mehmet Erkmeni bıçaqla qətlə yetirmişdir. Yasamal RPİ 28-ci PB və DİN Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində Şevket Acar tutulmuşdur.