Rusiya Federasiyasının vətəndaşı Pirzad Sumqayevanı qətlə yetirmiş şəxslər tutulmuşlar
13.10.2011DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Rusiya Federasiyasının vətəndaşı Pirzad Sumqayevanı tamah məqsədi ilə bıçaqla qətlə yetirmiş Bakı şəhər sakini Cavid Əhmədov və Bərdə rayon sakini Səbuhi Kamalov tutulmuşlar.