Gədəbəy rayon sakini Ə.Tomuyevin evində yanğın baş vermişdir
09.10.2011Oktyabrın 11-də saat 04.00 radələrində Gədəbəy rayonunun Dikdaş kəndində, kənd sakini Əli Tomuyevin evində yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarətləri almış ev sahibi və oğlu Əli xəstəxanaya yerləşdirilmişlər. Oğul orada ölmüş, atanın vəziyyəti isə orta-ağırdır.