Oktyabrın 9-da Çin vətəndaşı V.Ş.Yanga qarşı quldurluq etmiş Bakı şəhər sakini E.Heydərov tutulmuşdur
09.10.2011Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Çin vətəndaşı Vu Şu Yanga qarşı zor tətbiq edərək içərisində 100 manat dəyərində xırdavat malları olan çantasını ondan almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Heydərov tutulmuşdur.