Oktyabrın 9-da Sabirabad rayonunda rabitə kabelinin bir hissəsini kəsərək oğurlamış rayon sakini İ.Baloğlanov tutulmuşdur
09.10.2011Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Rayon Telekommunikasiya Qovşağına məxsus rabitə kabelinin 270 metrlik hissəsini dirəklərdən kəsərək oğurlamış Qalağayın kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Baloğlanov tutulmuşdur.