Avtomaşından külli miqdarda pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri Elnur Xəlilov və Yaqub Vəliyev tutulmuşlar
22.09.2011Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 13-də Oruc Qurbanova məxsus "Toyota Prado" markalı avtomaşından 60.000 dollar və 13.400 manat pul oğurlamış Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuş Elnur Xəlilov və Yaqub Vəliyev tutulmuşlar.