Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirili

22.09.2011

“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində:

  • Zaqatala rayonu ərazisindən yabanı halda bitmiş ümumi çəkisi 2 ton 110 kiloqram olan 3 min 240 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
  • Qusar rayonu ərazisindən 1 ədəd AKSU markalı avtomat silahı, 1 ədəd güllə darağı,  2 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngləri və 52 ədəd avtomat patronu tapılmışdır.
  • Şəki şəhəri ərazisindən  yabanı halda bitmiş ümumi çəkisi 4 ton olan 29 min ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
  • Balakən rayonu  ərazisindən 1 ədəd AKS markalı avtomat silahı, 1 ədəd «Voltran» markalı qaz tapançası, 1 ədəd güllə darağı və 8 ədəd avtomat patronu tapılmışdır.
“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.