Oğurluq etdiyinə görə tutulmuş Zaur İsrafilovun digər cinayət əməlləri də müəyyən edilmişdir
22.09.2011Oğurluq etdiyinə görə sentyabrın 21-də Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulmuş Zaur İsrafilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun cari ilin ayrı-ayrı dövrlərində 104 saylı Poçt Şöbəsindən 1 ədəd televizor, Razi Salahova, Malik Məmmədova, Samir Musayevə və Qurban Qəhrəmanova məxsus mağazalardan isə ərzaq məhsulları və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.