Anası Səmayə Murğuzovanı boğaraq qətlə yetirməkdə şübhəli bilinən Şəmkir rayonunun Hacıalılar kənd sakini Elman Murğuzov tutulmuşdur
20.09.2011Sentyabrın 20-də Şəmkir rayonunun Hacıalılar kəndi yaxınlığında, kənd sakini İmran Murğuzova məxsus fermada, onun arvadı Səmayə Murğuzovanın boyun nahiyəsində sıyrıqları olan meyiti tapılmışdır. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Murğuzovanın ailə-məişət münaqişəsi zəminində oğlu Elman Murğuzov tərəfindən boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilmişdir. E.Murğuzov tutulmuşdur.