Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Bayram Əliyev, Camal Mikayılov və Elvin Nəsrullayev saxlanılmışlar

20.09.2011

Sentyabrın 21-nə keçən gecə Sumqayıt şəhəri ərazisində, şəhər sakini Elvin Şükürova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofonu və səsgücləndiriciləri sökülərək oğurlanmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakinləri Bayram Əliyev, Camal Mikayılov və əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların sentaybeın 17-də Murad Həbibova məxsus "VAZ-21099" markalı və sentyabrın 19-da Vüsal Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşınlardan maqnitofon və səsgücləndirici, habelə sentyabrın 21-də Rahib Novruzova məxsus "VAZ-2107" markalı avtomaşından 2 ədəd mobil telefon oğurlamaları da müəyyən edilmişdir.