Avtomaşın qaçırmış Gəncə şəhəri Sevinc qəsəbə sakini Tural İsmayılov tutulmuşdur
20.09.2011Sentyabrın 21-də Gəncə şəhəri ərazisində, Fazil Əliyevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102 Zəng Mərkəzi", Kəpəz RPİ, Samux RPŞ və Şəhər Mühafizə İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Sevinc qəsəbə sakini Tural İsmayılov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 21-də Gəncə şəhər sakinləri Raman Həsənova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırması, Zakir Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşını isə qaçırmağa cəhd göstərməsi də müəyyən edilmişdir.