Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır
19.09.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
- 6 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 13 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.