Yol-nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Allahverdi Quliyev saxlanılmışdır
19.09.2011Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Adil Rzayevin və Vaqif Məmmədovun xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış "VAZ-2101" markalı avtomaşının sürücüsü Gəncə şəhər sakini Allahverdi Quliyev saxlanılmışdır.