“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir
19.09.2011“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri nəticəsində:
- Qəbələ rayonunun Tola kənd sakini, əvvəllər məhkum olunmuş Mərdan Əzəmmədovun evinə baxış zamanı oradan 3 kiloqram 200 qram marixuana, müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 5 ədəd patron və 17 ədəd gilz, habelə, həyatyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 60 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
- Cari il mayın 20-də Oğuz rayon sakini İlham İsmayılova məxsus mağazadan 200 manat pulu və danışıq kartlarını oğurlamış rayonun Xaçmaz kənd sakini Əliağa Hacıyev tutulmuşdur.
- Sentyabrın 17-də Qusar rayon sakini Faiq Quliyevə məxsus “VAZ-2103” markalı avtomaşını qaçırmış həmyerliləri Zedik Əlixanov və Elşən Mustafayev tutulmuşlar.
- Rusiya Federasiyası CM-nin 206-cı (girov götürmə) maddəsi ilə axtarışda olan Qax rayon sakini Aslan Aslanov tutulmuşdur.
“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.