Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Müseyib Cəfərov odlu silahdan açdığı atəşləTaleh Məmmədovu qətlə yetirmişdir

08.09.2011

Sentyabrın 9-da Yasamal rayonu ərazisində, naməlum şəxs odlu silahdan atəş açaraq  Bakı şəhər sakini Taleh Məmmədova xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Məmmədov orada ölmüşdür. DİN Baş Mühafizə İdarəsi, Bakı BPİ-nin  Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Bakı şəhər sakini Müseyib Cəfərov tərəfindən törədilməsi müəyyən edilmişdir. M.Cəfərovun qardaşı Mübariz hadisə zamanı istifadə edilmiş 1 ədəd "Makarov" markalı tapançanı və 5 ədəd gülləni könüllü olaraq polisə təhvil vermişdir. M.Cəfərovun tutulması üçün tədbirlər davam etdirilir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yasamal RPİ tərəfindən aparılır.