Polisin qanuni tələblərinə tabe olmamış və ona qarşı müqavimət göstərmiş Bakı şəhər sakini Azər Yəhyayev saxlanılmışdır
08.09.2011Sentyabrın 8-də saat 23.30 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Azər Yəhyayev "VAZ-2103" markalı avtomaşını idarə edərkən yol-hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə, Yol-Patrul Xidməti Alayının əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman A.Yəhyayev polisin qanuni tələblərinə tabe olmamış və ona qarşı müqavimət göstərmişdir.
Sonradan A.Yəhyayev hadisə yerinə kömək məqsədilə gəlmiş, DİN Çevik Polis Alayının əməkdaşlarının tələblərinə tabe olmamış və polisin xidməti "Fiat Doblo" markalı avtomaşının şüşəsini sındırmışdır. A.Yəhyayev saxlanılmış və onun sərxoş olması müəyyən edilmişdir.