Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Bakı şəhər sakinləri Əhməd Bağırov, Orxan Abdullayev və Salyan rayon sakini Mənsur Musayev tutulmuşlar

08.09.2011

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Cəlal Məmmədova məxsus mağazadan 160 manat, 1 ədəd mobil telefon, tütün məmulatı və spirtli içkilər oğurlamış  Bakı şəhər sakinləri Əhməd Bağırov, Orxan Abdullayev və Salyan rayon sakini Mənsur Musayev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların  iyulun 27-də Famil Verdiyevə məxsus mağazadan 150 manat və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.