Kürdəmir rayonu ərazisində baş vermiş YNH nəticəsində 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır
29.08.2011Avqustun 30-da saat 07.15 radələrində Kürdəmir rayonu ərazisində, Şəmkir rayon sakini Toğrul Məmmədov "TOFAŞ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Qəbələ rayon sakini Əzrullah Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə T.Məmmədovun sərnişinləri Fərqanə Əsgərova və Faiqə Hacıyeva hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini anası Sara isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.