Sumqayıt şəhər sakinləri S.Abdullayevə və K.Daşdəmirovaya məxsus xalçaları oğurlamış Təzə Corat qəsəbə sakini A.Ağammədov tutulmuşdur
29.08.2011Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Samir Abdullayevə məxsus mağazadan və avqustun 20-də Könül Daşdəmirovaya məxsus həyətdən ümumilikdə 4 ədəd xalça oğurlamış Təzə Corat qəsəbə sakini Adil Ağammədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 23-nə keçən gecə Sumqayıt şəhər sakini Anar Qarayevə məxsus 1 ədəd xalçanı oğurlaması da müəyyən edilmişdir.