Abşeron rayonu ərazisində "VAZ-2107" və "Opel Vektra" markalı avtomaşınlar toqquşmuşdur
29.08.2011Avqustun 30-da saat 21.00 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakinləri Anar Yunisovun idarə etdiyi "VAZ-2107" markalı və Anar Abdiyevin idarə etdiyi "Opel Vektra" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Yunisovun sərnişini Vüsal Vəliyev hadisə yerində ölmüş, xəsarət almış özü, habelə A.Abdiyev və sərnişini Lyudmila Həşimova xəstəxanaya yerləşdirilmişlər. A.Abdiyevə tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.